Ana səhifə / Araşdırma / Bakının “Sabunçu bazarı”nda yanğın

Bakının “Sabunçu bazarı”nda yanğın

Bakının ticarət mərkəzində yanğın baş verib.

“Report” xəbər verir ki, hadisə “Sabunçu bazarı”nda qeydə alınıb.

Belə ki, bazarın ərazisindəki 4 kafe və 2 mağaza yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Belə ki, mağazalardakı əşyalar yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub.

Son məlumata görə, yanğının qarşısı alınıb.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın