Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Masallı sakini nazirlik əməkdaşlarını meşədə güllələdi

Masallı sakini nazirlik əməkdaşlarını meşədə güllələdi

Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən parkın əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə 01 oktyabr 2018-ci il tarixində, gecə saatlarında baş verib. Milli parkın mühafizə yegerləri icazəsiz əraziyə daxil olmuş şəxsin saxlanılması məqsədilə reyd keçirərkən milli park əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyer mühafizə yegerləri  Arif Cəfərov və Böyükişi Qaraşova  bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb.

Yegerlər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Faktla bağlı rayon polis şöbəsinə məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində mühafizə yegerlərini yaralayaraq  hadisə yerindən qaçmış brakonyerin Masallı rayonunun Köçəkli kənd sakini İlqar Səmədov olduğu müəyyən edilib və o, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı təhqiqat aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …