Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Avtobusun narkoman sürücüsü evin tək oğlunu öldürüb – yeni şok təfərrüatlar

Avtobusun narkoman sürücüsü evin tək oğlunu öldürüb – yeni şok təfərrüatlar

Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşan avtobusun daha bir sərnişini həyatını itirdi; sürücülük üçün müraciət edənlər niyə narkotestdən keçirilmir?

Xəbər verildiyi kimi, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106″ dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmir yolu keçidində baş verib.

Hadisə nəticəsində Şakir Əliyev və Yusif Dadaşzadə  ölüblər, 42 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.

Unikal.org qəza nəticəsində dünyasını dəyişən şəxslərin kimliyini araşdırıb. Məlum olub ki, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu Abşeron Binə Peşə Liseyində müəllim işləyib. O, uzun illərdir liseydə xüsusi fənlər (traktor və avtomobillər) üzrə dərs deyib. Ş.Əliyev yaşının çox olmasına baxmayaraq subay olub, övladı olmayıb. Nizam-intizamlı müəllim olub.

Yusif Tahir oğlu Dadaşzadə ile ilgili görsel sonucu

Dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadə Bakının Xəzər rayonu 218 saylı məktəbin 7-ci sinif şagirdi olub. O, ailənin tək övladı olub.

“Ayşən LTD”nin xanım direktorunun kefi niyə yaxşıdır?

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda da cinayət işi başlanıb.

“Ayşən LTD” MMC ile ilgili görsel sonucu

Marşrut xəttinin məxsus olduğu “Ayşən LTD” MMC-nin direktoru İradə Əliyevanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi olduğu iddia edilir. Ötən il də  bu şirkətə məxsus bir neçə avtobus qəza törədib. İ.Əliyeva unikal.org-a baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini deyib: “Özüm yaxşıyam. Məni narahat etməyin. Baş verən hadisəyə münasibət bildirmək istəmirəm. Bakı Nəqliyyat Agentliyi jurnalistlərin suallarını cavablandırır. Bu barədə sizə də məlumat lazımdırsa, Bakı Nəqliyyat Agentliyinə müraciət edin”.

“Ayşən LTD” MMC sürücü narkoman ile ilgili görsel sonucu

Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, qəzadan sonra daşıyıcı şirkətə xəbərdarlıq olunub: “Hələlik baş verən hadisə ilə bağlı araşdırma gedir. Son qərar veriləcək. Daşıyıcının xətdən uzaqlaşdırılıb-uzaqlaşdırılmaması araşdırmanın nəticəsindən sonra məlum olacaq”.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən 7 marşrut xətti məhz “Ayşən LTD” MMC-yə məxsusdur.

NArkoman sürücü ile ilgili görsel sonucu

Aman, narkoman!

Hadisənin əsas günahkarı olan sürücü Əlixan Şirəliyev  bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təsdiqləyib. Belə ki, baş verən qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

Nəqliyyat üzrə ekspertlər bildirir ki, sürücülük üçün müraciət edənlər ilk növbədə ciddi şəkildə narkotestdən keçirilməlidir. Çünki sərxoş sürücüləri müəyyənləşdirmək mexanizmi asan olsa da, narkotik maddə qəbul etmiş sürücüləri belə tez aşkarlamaq mümkün deyil. Bu halda əsas məsuliyyət daşıyıcı şirkətlərin üzərinə düşür.  Onlar işə götürdükləri hər bir sürücüdən narkoloji test olunmağı tələb etməlidirlər. Narkoloji dispanserdən sürücülər keçib, analizin nəticələrini gətirməlidirlər. Şirkət də bilməlidir ki, doğrudan da bu sürücü narkotik aludəçisi deyil. Yalnız narkoloji testlər vasitəsilə müəyyən etmək olar ki, sürücünün  narkotik asılılığı varmı. Çünki iş vaxtı sürücünün narkotik qəbul etdiyini müəyyənləşdirmək çətindir. Avtobusları da adətən dövlət yol polisləri saxlamır. İri tutumlu sərnişin avtobuslarında sürücülərdə bir arxayınlıq yaranır ki, onsuz da onları yol polisləri saxlamayacaq.

NArkoman sürücü ile ilgili görsel sonucu

Vaqif Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu “Ayşən” MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Yaralıların vəziyyəti ağırdır

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralıların əksəriyyətinin yerləşdirildiyi Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında hazırda 12 nəfər saxlanılır. Onlardan 5 nəfəri reanimasiya şöbəsindədir, 3 yaralı əməliyyat olunub, 2 nəfərin vəziyyəti ağırdır.

“Semaşko” xəstəxanasına 6 nəfər yerləşdirilib, onlardan 2 nəfəri artıq evə buraxılıb. Qalan yaralıların 3-nün vəziyyəti orta ağır, birinin vəziyyəti  isə ağırdır. Həmin şəxsin böyrəyinin biri kəsilib götürülüb.

Travmatologiya İnstitutuna isə 3 nəfər gətirilib, onlardan biri artıq evə buraxılıb. Qalan iki nəfərdən biri oktyabrın 2-də  əməliyyat olunub.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …