Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Marjanın ləğvi qara bazarı sıradan çıxarır – Ekspertlər

Marjanın ləğvi qara bazarı sıradan çıxarır – Ekspertlər

Mərkəzi Bankın 4 faizlik marjanı ləğv etməsi o deməkdir ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, MB bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7,5 milyard manatlıq transferlərinə baxmayaraq, manatın məzənnəsini qorumaq çətin olacaq:

“Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunacağı güman edilirdi. Görünür, bu, daha tez baş verə bilər. Ancaq məncə, qısa zamanda liberal məzənnəyə keçid arzuolunan”.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, marja ləğvinin üstünlüyü qara bazarın aradan qaldırılması olacaq:

“Marjanın ləğvindən sonra banklar dolları istədikləri qiymətə alıb-satacaqlar. Bahalı neft dövründə banklar çox kiçik gəlir tətbiq etməklə dollar alğı-satqısı edirdilər. Həmin dövrdə marja daha aşağı həddə – 2% idi. Marja 4%-ə qalxanda bankların dollar satışına marağı artıq azalmışdı. Ancaq hesab edirəm ki, MB-nin öz valyuta ehtiyatlarına güvənib, marjanı artırmadan onu birbaşa ləğv etməsi riskli addımdır. Bu addım özünü dollar bolluğu şəraitində doğruldur”.

Qeyd edək ki, Mərkəzi Bank rəsmi məzənnəyə tətbiq etdiyi 4%-lik marjanı ləğv edib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın