Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Mal aparıb-gətirənlərin sayı 2 dəfə artıb

Mal aparıb-gətirənlərin sayı 2 dəfə artıb

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, 2015-ci ildə mal aparıb-gətirən şəxslərin sayı 7 min 159 idisə, yola saldığımız il bu göstərici 14 mini keçib.

Xarici ticarətdə illərdir danışılan süni maneələr nisbətən götürülüncə, xaricdən mal almağa gedənlərin də sayı artıb, ixracata qoşulanların da.

Şirkətlər fəallaşıb

Əgər 2015-ci ildə xarici ticarətlə məşğul olan 3 min 349 özəl şirkət vardısa, bir ildə onların sayı 5 min 184-ə yüksəlib. Şirkətlər etiraf edirlər ki, əvvəlki dövrlə müqayisədə mal aparıb-gətirməkdə inhisarçılıq azalıb. Əsas tələb – gömrük vergi və rüsumlarının tam ödənilməsidir.

Vətəndaşlar da rüsum ödəyirlər

Şirkət qurmadan sahibkarlıqla məşğul olub, əcnəbilərlə ticarət edən vətəndaşların sayı isə 3 min 566-dan 8 min 620-yə yüksəlib. Onların bir qismi sərhədyanı ticarətlə məşğul olan şəxslərdir. Qanunvericiliyə görə, xaricdən ayda bir dəfədən çox 1500 ABŞ dollarından yuxarı dəyərdə mal gətirən şəxslər gömrük rüsumu ödəməlidirlər. Kəskin artımın bir səbəbi də budur. İndi gömrükçülər hər maşını, hər çantanı daha ciddi yoxlayırlar.

Dövlət şirkətlərinin idxalda payı azalıb

Bu dövrdə xarici iqtisadi əlaqələri olan dövlət şirkətlərinin sayı, demək olar, dəyişməz qalıb. Dövlət sektoruna aid 244 müəssisə və təşkilat idxal-ixrac əməliyyatlarına qatılıb. Ötən il dövlət müəssisələrinin xarici ticarət dövriyyəsi 11,7 milyarddan 7,2 milyard dollara düşüb. Onların alıb gətirdikləri malların dəyəri 407,5 milyon dollar azalıb.

Xarici ticarətin coğrafiyası genişlənib

Ticarətdə sərbəstliyin «verilməsi» onun coğrafiyasına da müsbət təsir göstərib. Son 3 ildə Azərbaycanla ticarət edən xarici dövlətlərin sayında müsbət dinamika var. 2014-cü ildə Azərbaycan 150 ölkədən ilə mal alıb-satmışdısa, inişil onların sayı 165-ə, 2016-cı ildə isə 186-ya çatıb. (Azadliq.org)

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …

Bir cavab yazın