Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Poroşenko: “Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq”

Poroşenko: “Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq”

Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb. Bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Bu gün Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb”, – deyə dövlət başçısı bildirib.

İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər.

Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibəti ilə İlham Əliyevi təbrik edib.

Bununla yanaşı Poroşenko Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq. Bunu isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

“Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq”, – deyə o bildirib.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın