Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Maaş kartından pul çıxara bilmirik…”- Texnikabankla bağlı daha bir şikayət

“Maaş kartından pul çıxara bilmirik…”- Texnikabankla bağlı daha bir şikayət

“Bank Technique”in müştəriləri bankda daha bir problemlə üzləşib.

Bu barədə vətəndaşlar “Qafqazinfo”ya göndərdiyi müraciətdə məlumat veriblər.

Müraciətdə qeyd olunub ki, artıq bir neçə gündür vətəndaşlar maaşlarını və əmanətlərini “Bank Technique”-dən ala bilmirlər: “Maaş kartımızda olan pullarımızın yalnız gündəlik 200 manatını çıxara biləcəyimizi dedilər. Lakin bütün Bakı şəhərində yerləşən “Bank Technique”-ə aid olan bankomatların heç birində əməliyyat aktiv deyil. Yəni pul yoxdu. Məcburən “Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən bankın əsas ofisinə yaxınlaşmışıq. Bütün gün boyu 200 manata görə gözlədik, sonra da “pul yoxdu” dedilər. İki gündür ki, insanlar maaşlarını ala bilmirlər”.

Məsələ ilə bağlı Bank Technique” ilə əlaqə saxladıq. Bankın Əməliyyat Departamentinin baş direktoru Saleh İmaməliyev telefonlara cavab vermədi.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın