Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Müstəntiq Xosrov Şükürov dələduzlara havadarlıq edir”

“Müstəntiq Xosrov Şükürov dələduzlara havadarlıq edir”

Bağırova Vesmira Qabil qızı Moderator.az vasitəsilə ölkə başçısına müraicət edərək hüquqlarının pozulmasından şikayət edir.
Moderator.az həmin müraciəti təqdim edir:
“Sizə müraciət etməkdə məqsədim haqq səsimi dövlət başçısına, dövlət məmurlarına, Azərbaycan xalqına və dünya ictimaiyyətinə çatdırmaqdır. Belə ki, oğlum Rəhimov Rəşad Malik oğluna qarşı Hüseynov Altay Hüseynxan oğlu və Babayeva Ramilə Afiq qızı əlbir olaraq AR CM-nın 178.3.2-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət əməli törətmişlər. 17 iyul 2015-ci il tairixində bunula bağlı ölkə başçısı cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Ramil Usubova tərəfimizdən yazılı müraciətlər olmuşdur. Müraciətlərimiz xüsusi nəzarət qaydasında Bakı şəhər Prokurorluğuna, oradan isə araşdırılması üçün Bakı şəhər Xətai Rayon Prokurorluğuna və Xətai rayon Polis İdarəsinə göndərilmişdir. 15 sentyabr 2015-ci il tarixində Bakı şəhər Xətai Rayon Prokuroru cənab Yusif İldırımzadənin qərarı ilə 150116320 saylı cinayət işi başlanılmışdır. Cinayət işinin ibtidai istintaqı Xətai rayon Polis İdarəsinin müstəntiqi Xosrov Şükürov tərəfindən “aparılır”. Xosrov Şükürovun havadarlığı sayəsində bu günə qədər təqsirkarlar Altay Hüseynov və Ramilə Babayeva barəsində həbs qət imkan tədbiri seçilməyib. İbtidai istintaqın gedişatından narazı olduğumuz üçün ibtidai istintaqın Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən aparılmasına dair etiraz ərizələri yazaraq Azərbaycan Respublikası Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə iş üzrə şöbənin müdiri cənab Fuad Ələsgərova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bakı şəhər Baş Prokuroru cənab Mirəziz Seyidova dəfələrlə müraciət etmişik. Etdiyimiz müraciətlər son olaraq baxılması üçün Bakı şəhər Prokurorluğuna göndərilmişdir. Həmin ərizə və müraciətlərimizdə ibtidai istintaqın Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən aparılmasına etiraz etsək də, son nəticədə 150116320 saylı cinayət işinin materialı yenidən Xətai rayon Polis İdarəsinin müstəntiqi Xosroq Şükürovun icraatına verilmişdir. Bununla əlaqədar Bakı şəhər Prokurorluğunda Vidadi Həsənvola telefon əlaqəsi saxladıqda, o bizə heç bir köməklik göstərə bilməyəcəyini bildirmişdir.
Bildirirəm ki, müstəntiq Xosrov Şükürovun havadarlığı nəticəsində təqsirkarlar Altay Hüseynov və Ramilə Babayeva bu günə qədər azadlıqdadırlar. Altay Hüseynov azadlıqdan olmasında sui şəkildə istifadə edərək oğlum Rəhimov Rəşada hədə-qorxu gəlmək məqsədilə Vəli adlı şəxsi oğlumun iş yerinə göndərmişdir. Vəli adlı həmin şəxs oğlum Rəşadın iş yerinə gələrək ona hədə-qorxu gəlmiş, onu şikayət ərizəsini geri götrüməyə təhrik etmiş, əks təqdirdə Rəşadın böyük problemlərlə üzləşəcəyini bildirmişdir. Hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, mən şəkərli diabet xəstəsiyəm və oğlum Rəşadı tənha ana olaraq min bir əzabla böyütmüşəm. Məhz bu səbəbdən yəni bizim kimsəsizliyimizdən və köməksizliyimizdən istifadə edən Altay Hüseynov oğlum Rəşada qarşı təzyiqlər göstərir. Bizim kimsəsizliyimizdən və köməksizliyimizdən xəbərdar olan müstəntiq Xosrov Şükürov da Altay Hüseynova və Ramilə Babayevaya açıq-aşkar havadarlıq edir. Altay Hüseynov ilə görüşən oğlum Rəhimov Rəşadın nümayəndəsi Elçin Mehdiyev ona vurmuş ziyanı tam ödəməyi və barışıq təklif etmişdir. Altay Hüseynov isə öz növbəsində müstəntiq Xosrov Şükürova 4.000 manat verəcəyini və bunun müqabilində cinayət işinə xitam verdirəcəyini bildirmişdir. Onuda hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, təqsirkar Altay Hüseynovla eyni binada yaşayırıq və onunla oğlum Rəşadın arasında hər an münaqişənin baş verə biləcəyi və hər hansı bir ağır cinayət əməlinin törədilməsi qaçılmazdır.
Möhtərəm cənab Prezident və hörmətli dövlət məmurları!
Prokurorun qərarına, qanunların aliliyinə etinadısz yanaşan, xidməti vəzifəsini layiqincə yerinə yetirməyən, təqsirkarlara birbaşa havadarlıq edən Xətai RPİ-nin müstəntiqi Xosrov Şükürovun 150116320 saylı cinayət işinin ibtidai istintaqın aparılmasına bir daha etiraz edirəm. Xahiş edirəm, təqsirkarlar Hüseynov Altay Hüseynxan oğlu və Babayeva Ramilə Afiq qızı barəsində təcili olaraq həbs qət imkan tədbiri seçilməsi, oğlum Rəhimov Rəşada Hüseynov Altayın göstərişi əsasında hədə-qorxu gəlmiş Vəli adlı həmin şəxsin ibtidai istintaqa cəlb edilməsinə təcili köməklik göstərəsiniz. Əks təqdirdə müstəntiq Xosrov Şükürov 150116320 saylı cinayət işini tam obyektiv araşdırmadan yekunlaşdıracaqdır. Bütün bu haqsızlıqlar sonunda son nəticədə ölkə vətəndaşlığından imtina etmək məcburiyyətindəyəm”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın