Ana səhifə / Kriminal / “Lady Sharm” mağazalar şəbəkəsindən Şuşanın işğal gününə hörmətsizlik…

“Lady Sharm” mağazalar şəbəkəsindən Şuşanın işğal gününə hörmətsizlik…

25 ildən artıq bir zamandır ki, Azərbaycanın qəlbi qan ağlayır. Ana yurdun ürəyində Qarabağ boyda yarası var. Sızıldayan, inləyən, qanayan bu yaranın ağrısını yalnız ürəyi vətən sevgisiylə döyünənlər hiss edə bilər. Nə yazıq ki, bu torpaqda yaşayıb onun tarixini unudanlar da var, Vətənə sevgisini ildə bir dəfə göstərməyə çalışanlar da.
İldə bir dəfə el diliylə desək “gözdən pərdə asmaq üçün “göstərilən sevginin heç olmasa araşdırıb, dəqiqləşdirib götərmək məqsədə uyğun olardı. Ən azından Azərbaycanda tanınan “Lady Sharm” mağazalar şəbəkəsi kimi gülünc bir vəziyyətdə qalmazlar. Adını çəkdiyimiz bu geyim mağazası Şuşanın işğalı gününü avqustun 5- i bilir. Havasın udduğunuz, suyunu içdiyiniz, haram və ya halal yolla qazandığınız bəs deyilmiş kimi, vətənin ağrılı gününə bu qədər hörmətsizcəsinə yanaşmaq vətəndaşlığa yaraşmayan bir haldır. Canı, qanı bahasına yüzlərlə igid oğullarımızı qurban verdiyimiz vətən torpağının işğalı gününü unutmaq və ya səhv bilmək özünü Azərbaycanlı sayan hər bir insana utancverici bir haldır. Ən azından bu torpaqda yaşayır və qazanırsınız. Heç olmasa tariximizi unutmayın….
Xatırladaq ki, Şuşanın işğalı (05.08.1992-ci il) deyil, 08.05.1992-ci ildir.
(nia.az)

Həmçinin oxuyun

Bakıda gəlin qayınanasından polisə şikayət edib

Bakı sakini qayınanasından polisə şikayət edib. “Report” xəbər verir ki, Xəzər rayonunda yaşayan 35 yaşlı …

Bir cavab yazın