Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Kreditlə maşın almaq zorlama cinayətini törətməyə oxşayır”

“Kreditlə maşın almaq zorlama cinayətini törətməyə oxşayır”

Əsla və əsla kreditlə təzə maşın almayın. Kreditlə maşın almaq zorlama cinayətini törətməyə oxşayır. Belə ki, müvəqqəti alınan bir həzz nəticəsində sonra illərlə onun cəzasını çəkməli olur insan.

Sabit və təminatlı gəliri olmayan insan bunu edirsə, bu hal həmin insanın olduqca dar görüşlü və məsuliyyətsiz insan olmasına işarədir. Neçə tanışım var ki, maşının həqiqi dəyərini ödədiyi halda, ödəmələri davam edə bilmədiyi üçün maşın da əldən gedib, bir o qədər də borclu qalıb, borcu da artır. Əslində bu bir soygundur, amma siz 12.000 dəyəri olan maşına sizə verilən cədvəllə 29.000 ödəyəcəyinizi görərək, yenə də kredit müqaviləsinə imza atmagınız məntiqlə izah oluna bilərmi? Bu cür könüllü qurbanlara mən bir hüquqşünas kimi kömək edə bilmirəm.

Fərhad Mehdiyev, hüquqşünas

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın