Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Julian Assanj belə həbs olundu – Video

Julian Assanj belə həbs olundu – Video

“WikiLeaks” portalının yaradıcısı Julian Assanj həbs olunub.

“Qafqazinfo”nun məlumatına görə, o, Londonda Ekvador səfirliyində saxlanılıb. Bu barədə Böyük Britaniya polisi məlumat yayıb. 

İngiltərə hüquq-mühafizə orqanlarının məlumatına görə, səfirlik işçiləri 47 yaşlı Assanjın həbsi üçün polisi içəri dəvət ediblər. Onlar güc tətbiq etməklə jurnalisti səfirliyin binasından çıxararaq avtomobilə mindiriblər.

Qeyd edək ki, Ekvador rəhbərliyi C. Assanjın sığınacaq hüqunu ləğv edib.

Xatırladaq ki, J. Assanj 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur. Həmin ildə İsveç hökuməti onu beynəlxalq axtarışa vermiş, sözügedən şəxs Londonda saxlanılmış, lakin daha sonra girov müqabilində azad edilmişdi.

O, 2012-ci ildən Ekvadorun İngiltərədəki səfirliyində gizlənirdi. 2018-ci ildə “WikiLeaks”in banisinə Ekvador vətəndaşlığı verilib.

***

Britaniya Xarici işlər naziri Ceremi Hant Ekvador prezidenti Lenin Morenoya bu adddımına görə təşəkkür edib.

Analoji bəyanatla Avropa və Amerika məsələləri üzrə nazir Alan Dankan da çıxış edib.

***

“WikiLeaks”in bəyanatında bildirilir ki, Ekvador hökuməti Julian Assanjın siyasi sığınaq hüququnu beynəlxalq hüququ pozaraq qanunsuz şəkildə sonlandırıb.

Rəsmi Kreml isə Assanjın həbsinə münasibətində onun bütün hüquqlarının müdafiə olunacağına ümid etdiyini qeyd edib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …