Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya atdı

Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya atdı

Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya ataraq intihar edib.

Oxu.az-ın verdiyi məlumata görə, hadisə ötən gecə saat 3 radələrində baş verib.

Rayon sakini, 1995-ci il təvəllüdlü İsmayılova Səidə Ağaməmməd qızı özünü Nehrəxəlil kəndi ərazisindən keçən Türyançay çayına atıb.

Yeddi aylıq hamilə qadın çayda boğularaq ölüb.

Meyit sudan çıxarılaraq, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …