Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Kriminal / İşsizlikdən sığorta sistemi yaradılır, iş yerini itirənlər sığorta olunacaqlar

İşsizlikdən sığorta sistemi yaradılır, iş yerini itirənlər sığorta olunacaqlar

Azərbaycanda bütün sosial təminat növləri üzrə ödənişlər nağdsız formada həyata keçirilir. Sığorta-pensiya sistemində həyata keçirilən islahat tədbirlərindən biri də pensiyaların ödənişində plastik kart sisteminin tətbiqidir.

Virtualaz.org saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Mərkəzi Bankın nümayəndələri və “MasterCard Worldwide” beynəlxalq kart şirkətinin ekspertləri ilə görüşdə deyib. “İnkişaf etmiş dövlətlərdə, ABŞ və Avropa Birliyi ölkələrində ödənişlərin nağd formada dövriyyəsinin azaldılaraq, nağdsız ödənişlərlə əvəzlənməsi prosesi sürətlə gedir. İqtisadiyyatda nağdsız ödənişlərin artırılması üçün müxtəlif tənzimləyici vasitələr mövcuddur. Artıq bütün sosial təminat növləri üzrə ödənişlər nağdsız formada həyata keçirilir. Yəni hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailə ünvanlı dövlət sosial yardımı alır ki, istisnasız olaraq onların hər birinə həmin vəsaitlər plastik kartlarla bankomatlar vasitəsilə çatdırılır”-, nazir müavini deyib.

İ.İsayev bildirib ki, qeyri-leqal məşğulluq halları işçi hüquqlarının pozulmasına yol açmaqla yanaşı, əməyin ödənilməsinin nağd formada həyata keçirilməsini də şərtləndirir. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyətində də qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi mühüm yer tutur.

Nazir müavini işsizlikdən sığorta sisteminin qurulmasının da qeyri-rəsmi əmək münasibətlərinin rəsmiləşdirilməsində işçilərin stimullaşdırılması baxımından xüsusi rol oynayacağını vurğulayıb: “Yeni hazırlanan “İşsizlikdən sığorta haqqında” qanununun layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir. Həmin qanunun qəbul edilməsi işçilərin bu və ya digər şəraitdə iş yerlərini itirdikləri halda onların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına, maddi təminatına imkan verəcək. Təbii ki, bu da qeyri-rəsmi əmək fəaliyyətində olan işçilərdə işəgötürənlərlə əmək münasibətlərini rəsmiləşdirməyə marağı xeyli artırır. Qeyri-rəsmi əmək münasibətlərinin rəsmiləşdirilməsi isə nəticə etibarilə əməyin ödənişi prosedurunun da plastik kartlar vasitəsilə həyata keçirilməsinə və beləliklə, nağdsız ödənişlərin dövriyyəsinin genişlənməsinə şərait yaradır”

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın