Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Kriminal / İslam İnkişaf Bankı Azərbaycandakı layihələrə 1 milyard dollar ayırıb

İslam İnkişaf Bankı Azərbaycandakı layihələrə 1 milyard dollar ayırıb

İslam İnkişaf Bankı Azərbaycanda 18 layihənin həyata keçirilməsinə təqribən 1 milyard dollar ayırıb.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.

Nazir qeyd edib ki, 18 layihədən 14-ü artıq reallaşdırılıb, 4 layihə isə həyata keçirilmə prosesindədir.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanla İslam İnkişaf Bankının münasibətləri yüksək səviyyədədir:

“Ümumilikdə müsəlman ölkələri ilə əməkdaşlığa gəldikdə, bu ölkələrin hamısı Azərbaycanın Dağlıq Qarabağ üzrə ədalətli mövqeyini müxtəlif səviyyələrdə dəstəkləyir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir”.

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …

Bir cavab yazın