Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / İpoteka krediti alan yoxdur – AÇIQLAMA

İpoteka krediti alan yoxdur – AÇIQLAMA

Azərbaycan İpoteka Fondu (AIF) son 3 ayda heç bir kredit verməyib. Fonddan verilən məlumata görə, sentyabrın 1-nə ölkədə 17 997 ipoteka krediti verilib. Həmin kreditlərin ümumi məbləği 730 802,420 min manatdır.
2016-cı ilin yanvar ayınadək ipoteka kreditlərinin ümumi sayı 17 925, həcmi isə 729 737,519 min manat təşkil edib.
Məlumatda bildirilib ki, bu ilin aprel ayında 93.019 manat dəyərində 2, may ayında isə 100.001 min manat həcmində 2 ipoteka krediti verilib.
Müqayisə üçün d eyək ki, ötən il ərzində manatın iki devalvasiyasına baxmayaraq, ipoteka kreditləşləşməsi 2 146 ssuda üzrə 97 273,979 min manat olub. Bu da təxminən 2014-ci ilin göstəriciləri ilə eynidir (2275 ssuda üzrə 99927,74 min manat).
2015-ci ilin mart ayında ipoteka krediləşməsi ən yüksək səviyyəyə çatıb – 359 kredit üzrə 15464,670 min manat. 2014-cü ildə ən yaxşı ay mart ayı olub – 433 kredit 18290,4 min manat məbləğındə.
Qeyd edək ki, ipoteka kreditləri Azərbaycanda 2006-cı ildən verilməyə başlayıb.  Fins.az

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın