Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / İdxal olunan mazut gömrük rüsumundan azad edildi

İdxal olunan mazut gömrük rüsumundan azad edildi

Bu gündən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azaddır.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın