Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Hüseyn Abdullayevin vəziyyəti ağırlaşdı: “Bağırsağından qan açılıb”

Hüseyn Abdullayevin vəziyyəti ağırlaşdı: “Bağırsağından qan açılıb”

Xəbər verdiyimiz kimi, bir neçə gündür vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev saxlanıldığı müəssisədə aclıq aksiyası keçirir.

H. Abdullayevin vəkili Elçin Sadıqov dünən müvəkkili ilə görüşdüyünü bildirib.

O qeyd edib ki, H. Abdullayev ona hələ çəkisinin və təzyiqinin yoxlanılmadığını bildirib: “Kəskin baş ağrılarından, ürəkbulanmadan, qarın nahiyəsi və aşağı hissədə kəskin sancılardan əziyyət çəkir. Dodaq və ətrafında yaralar əmələ gəlib. Heç olmasa, su içməyini israrla xahiş etdim. Bu gün məlumat aldım ki, Hüseyn Abdullayevin bağırsağından qan açılıb”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …