Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı TƏFƏRRÜAT

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı TƏFƏRRÜAT

Ötən gün Bakıda gənc qızların hosteldə dəm qazından ölməsi ilə bağlı təfərrüat məlum olub.

Unikal.org bildirir ki, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 6 ünvanında yerləşən “Seaside” hostelində müvəqqəti qalan Dadaşova Ləman Əhməd qızı 2002-ci il təvəllüdlü olub.

Həmin hosteldə müvəqqəti yaşayan Mamedova Xəyalə Müseyib qızı isə 2001-ci ildə anadan olub. O, orta təhsilli və subay imiş. Qızların hamam otağında axar su qızdırıcısından yaranan dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda qeyd olunan fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …