Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Generallara hökm oxunacaq – Tarix açıqlandı

Generallara hökm oxunacaq – Tarix açıqlandı

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm oxunacaq tarix bəlli olub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə hökm martın 30-da elan ediləcək.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək general Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyev 15 il, Natiq Əliyev 14 il,  Zaur Məmmədov 13 il, Elşad Əzizov 8 il, Fərhad Atayev 7 il , Anar Şirəliyev 7 il, Eşqin Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını istəyib. Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilməsini istəyib. Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.

Sonuncu iclasda məhkəmə kollegiyası hökmü elan etmək üçün müşavirəyə çıxmışdı.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …