Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Fermerlərin dərdi nədir? – ŞİKAYƏT

Fermerlərin dərdi nədir? – ŞİKAYƏT

“Ölkədə yetişdirilən kənd təsərrüfatı və ərzaq məhsullarının xaricə çıxışını çətinləşdiriblər. Bununla da sahibkar və əkinçilərin işini əngəlləyirlər. Fitosanitar karantin sertifikatını 100-150 manata satırlar, halbuki, bu sertifikatın dövlət rüsumu 35 manatdır”. DİA.AZ bildirir ki, bunu ölkə xaricindəki bazarlara kənd təsərrüfatı məhsullarının ixracıyla məşğul olan sahibkar Cəlil Musayev deyir. O, xaricə daşınan məhsulların sənədləşmələrinə görə rüsumdan bir neçə dəfə çox pul alınmasından şikayətçidir:

“Mən əsasən, gilas, alma, pomidor, xiyar aparıram. Ancaq sənədlərə görə istədikləri pulu verməyəndə yükləri müxtəlif bəhanələrlə gecikdirirlər. Günlərlə yükdə qalan ərzaqlar və kənd təsərrüfatı məhsulları zay olur. Ərzaq məhsulları aparan sahibkarlar var ki, məhsulları gecikmə üzündən xarab olanda oturub ağladıqlarını görmüşəm”.

Sahibkar deyir, bir dəfə kənd təsərrüfatı nazirinin bölgələrdə keçirdiyi qəbulda olub və bununla bağlı şikayətini bildirib. Nazir də ona belə məzmunda şikayət daxil olmadığını deyib və məsələni araşdıracağına söz verib: “Ancaq yenə köhnə hamam, köhnə tasdır. Mən düzgünlüyü, qanunu sevən, bir az da prinsipial adamam. Deyirəm, ‘qanunla rüsum nədir, ödəyim, əlavə pul verməyəcəm’. Buna görə də hər dəfə yükü saxlayırlar, sənədləşməni ləngidirlər, nəticədə məhsulların Rusiya bazarına yarısı salamat gedib çıxır, yarısı elə gözləmələrdə çürüyür”.

Həmçinin oxuyun

“Həbsdə olmağımın səbəbini bilirəm”-Bəkir Orucovun məhkəməsi

Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin …

Bir cavab yazın