Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Kriminal / Fermerlərə 1600-dan çox texnika verilib

Fermerlərə 1600-dan çox texnika verilib

Baytarlıq şəhərciyində Azərbaycan və Yaponiya Hökuməti arasında imzalanmış “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair razılığın təsdiq edilməsi barədə Notaya əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bir sıra institut və laboratoriyalar üçün yeni alınmış Yaponiya istehsalı olan avadanlıqların təqdimatı olub.

Kənd Təsərrüfatı Nazirlindən verilən məlumata görə, tədbirdə nazir Heydər Əsədov və Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori iştirak edib.

H.Əsədov qeyd edib ki, 1600-dan artıq kənd təsərrüfatı texnika və texniki avadanlıqları gətirilərək fermerlərin istifadəsinə verilib və ehtiyacların ödənilməsində ciddi rol oynayıb.

Bildirilib ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə, Baytarlıq, Əkinçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarına, o cümlədən Respublika Baytarlıq və Zona Baytarlıq Laboratoriyalarına 23 adda 141 cihaz, alət və avadanlıq verilib. Avadanlıqların istehsalçı “Ogawa Seiki Co., LTD” şirkətini Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tender əsasında seçib.

Qeyd edək ki, mayın 24-dən şirkətin nümayəndələri ölkəmizdə səfərdə olub və avadanlıqları quraşdıraraq onların istifadəsi üzrə təlimlər keçiblər. Sözügedən avadanlığın alınması üçün Yaponiya Hökuməti Azərbaycana 100 mln yapon yeni məbləğində qrant ayırıb.

Həmçinin oxuyun

İlk dərs günü 3-cü sinif şagirdini maşın vurdu, öldü

İlk dərs günü məktəbli yol qəzasında ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında Şamaxının …

Bir cavab yazın