Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / FED-in qərarı manata necə təsir edəcək? – EKSPERTLƏR

FED-in qərarı manata necə təsir edəcək? – EKSPERTLƏR

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,5‒ 0,75%-dək artırmaq barədə qərar qəbul edib. İki günlük davam edən iclasda FED-in əsas qərarlarından biri də 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artıracağını da bəyan etməsi oldu.
FED-in uçot dərəcəsini artırması dünya ölkələrinin milli valyutasına da təsirsiz ötüşməyəcək. Belə olan halda, hər gün dollar qarşısında ucuzlaşmaqda olan manata FES-in qərarı necə təsir edəcək? İqtisadçılar bununla bağlı fikirlərini sosial şəbəkədə paylaşıblar.
Ekspert Samir Əliyev bildirib ki, FED-in uçot dərəcəsini artırması manata təzyiqi artıracaq: “Bazarda gərginlik olacaq, amma ötən dekabrda baş verən hadisəni gözləmirəm. Yəqin ki, ilin sonuna kimi manat bu templə ucuzlaşmaqda davam edəcək. Kəskin devalvasiya gözləmirəm, amma bu istisna da deyil. Hətta kəskin devalvasiya olsa belə, bu FES-in qərarına görə olmayacaq. Hər şey hökumətin davranışından asılı olacaq. Manatın indiki templə, yoxsa daha kəskin ucuzlaşacağını isə zaman göstərəcək”.
İqtisadçı Natiq Cəfərli isə FED-in qərarından sonra yaxın həftələrdə manatın dollar qarşısında ilk dayanacağının 1,90-2 manat arasında olacağını vurğulayıb. (Qafqazinfo)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın