Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / “Dövlət Statistika Komitəsinə etibar etmək olmaz” – İQTİSADÇI

“Dövlət Statistika Komitəsinə etibar etmək olmaz” – İQTİSADÇI

Martın 18-də Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2016-cı ilin 1-də ölkədə iqtisadi aktiv əhali 4 milyon 921 nəfər olub. Onların 4 milyon 676 min 400 nəfəri isə iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlardır. Keçən il isə komitə açıqlamışdı ki, ölkə əhalisinin iqtisadi aktiv kəsimi 4 milyon 867 min 700 nəfər, əmək fəaliyyəti ilə məşğul olanlar 4 milyon 631 min 500 nəfər təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin dekabrın 21-də olan növbəti devalvasiyadan sonra, Azərbaycanda iş yerlərinin kütləvi ixtisarı başladı. 2015-ci ilin III rübündə bağlanma mərhələsində olan bankların sayı 7-yə çatdı. Ümumilikddə, 2015-ci ilin nəticələrinə görə, Azərbaycanda 5 min bank işçisi iş yerini itirib. Banklarda ixtisarlar əsasən devalvasiya və dövlət tərəfindən valyuta kursuna dəstəyin tədrici dayanması olub. Bu da, nəticədə əhalinin kredit ödəmə qabiliyyətini azaldıb və problemli kreditlərin sayının artmasına səbəb olub(Turan).

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə, “Azəriqaz”a çatan böhran nəticəsində 1000 nəfərin işdən çıxarılacağını bildirib. Onun sözlərinə görə, “Azəriqaz”ın rayonlardakı əksər qaz istismar sahələri ləğv olunub (haqqin.az) Həmçinin, devalvasiya nəticəsində Bakıda bir çox mağazalar bağlanmağa başladılar. Ekspertlərin fikrincə, mağaza sahibləri məkanın icarəsinə olan böyük məbləği ödəyə bilmirlər və buna görə də, ya ticarəti dayandırmalı, ya da şəhərətrafı qəsəbələrə üz tutmalı olurlar. Ekspert Rəşad Əliyevin sözlərinə görə, Bakının fəal küçələrində boşalmış obyektlər ortalama 5-7 faizə çatıb, qeyri-aktiv zonalarda isə daha çox boşalan obyektlər var.

“Hətta “ölü küçələr” var ki, boşalmış obyektlərin sayı ümumiyyətlə çoxdur. Dəqiq rəqəmlər deyə bilmərəm, amma göstəricilər çox yüksəkdir. Ticarət mərkəzlərində eyni haldır”, – deyə ekspert bildirib (Exo). Əgər Dövlət Statistika Komitəsinin məlumatına inansaq, milli valyutanın növbəti devalvasiyasından sonra ölkədə 44,9 min iş yeri açılıb. “Dövlət Statistika Komitəsinin məlumatına etibar etmək lazım deyil”, – deyə iqtisadçı Azər Mehdiyev bildirib. O qeyd edib ki, Komitə artıq neçə ildir bəyan edir ki, Azərbaycanda işsizlik faizi cəmi 5 faizdir.

“Məlum deyil, Dövlət Statistika Komitəsi öz hesablamalarında hansı metoddan istifadə edir. Axı devalvasiyadan sonra kütləvi ixtisarlar başlayıb”, – deyə iqtisadçı bu məlumatı Kavkaznews.az-a şərh edərkən bildirib.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …

Bir cavab yazın