Cümə , Noyabr 15 2019
Ana səhifə / Kriminal / Dövlətə maaş və pensiyaları ödəmək üçün nə qədər vəsait xərcləmək lazımdır? – EKSPERT

Dövlətə maaş və pensiyaları ödəmək üçün nə qədər vəsait xərcləmək lazımdır? – EKSPERT

İqtisadçı alim Qubad İbadoğlu muzdla çalışan işçilərin maaşı barədə sosial şəbəkədəki səhifəsində status payaşıb. Azinforum.az tanınmış iqtisadçının fikirlərini oxucularına təqdim edir:

2016-cı il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1,5 milyon nəfərdir ki, onlardan da 60 faizə qədəri və ya 890 min 600 nəfəri iqtisadiyyatın dövlət sektorunda çalışır. Həmin tarixə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 485,5 manat olduğunu nəzərə alsaq o halda dövlət büdcəsinə və dövlət şirkətlərinə işçiləri qarşısında öhdəliklərini yerinə yetirmək üçün ayda orta hesabla 432,4 milyon, ildə isə 5,18 milyard manat vəsait lazımdır.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa görə, əmək pensiyalarına görə ödənişlərin illik məbləği 2,93 milyard manat, aylıq isə 243,6 milyon manat olacaq.

Deməli, Azərbaycanda büdcənin, sosial müdafiaə fondunun və dövlət şirkətlərinin əhaliyə maaş və pensiya şəklində aylıq ödənişləri indiki səviyyədə qalarsa 676 milyon manat, illik ödənişləri isə 8 milyard 112 milyon manat təşkil edir. Bu vəsait ayrılıqda Dövlət Neft Fondunun cari il üçün təsdiq olunmuş büdcəsindən 2 dəfəyədək, dövlət büdcəsinə qeyri-neft bölməsindən daxil olması proqnozlaşdırılan vəsaitdən isə ən azı 2 milyard manat çoxdur.

Həmçinin oxuyun

Bakıda qadın mağazadan 150 manatlıq çantanı belə oğurladı – VİDEO

Bakıda qadınlar üçün mallar satılan mağazadan oğurluq olub. Azinforum.az  Baku.ws-ə istinadən xəbər verir ki, İslam …

Bir cavab yazın