Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Dolların qiymətində kəskin artım -FOTO

Dolların qiymətində kəskin artım -FOTO

Mərkəzi Bank dünən banklararası valyuta bazarında heç bir əməliyyat keçirilmədiyindən USD/AZN məzənnəsinin bu gün də qüvvədə qalacağı açıqlanmışdı. 
Musavat.com-un məlumatına görə, baş bankın açıqladığı rəsmi məzənnə 1,5626 AZN olduğu halda, valyutadəyişmə məntəqələrində bu gün də (7 yanvar) dollar maksimum həddə baha satılır. Belə ki, hazırda paytaxt ərazisində əksər valyuta dəyişmə məntəqələrində dolların alışı 1.65 AZN satışı isə 1.72 AZN-dir. Valyutadəyişmə məntəqələrində çalışanlar bu artımı baş bankın bazara lazım olduğu qədər dollar verməməsi ilə əlaqələndirirlər. Onların sözlərinə görə, nəticədə dollara yaranan tələbat ödənmir ki, bu da qiymət artımına səbəb olur.
Xatırladaq ki, ötən gün valyuta dəyişmə məntəqələrində dolların alış qiyməti 1, 60 AZN, satış isə 1, 66 AZN təşkil edirdi.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın