Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Dollar durmadan bahalaşır – Bu günün rəsmi məzənnəsi

Dollar durmadan bahalaşır – Bu günün rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Azinforum.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,52% möhkəmlənərək 1,6869 manata çatıb.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,33% möhkəmlənərək 1,8397 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,52% ucuzlaşaraq 0,0260 manata enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,52% zəifləyərək 0,5188 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1191 manatdır. Beləliklə, funt sterlinq 1,72%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,29% azalaraq 0,6802 manat olub.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …

Bir cavab yazın