Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Dollar bahalaşır: qəqpik-qəpik gələn devalvasiya – 1.59 manat (FOTOLAR)

Dollar bahalaşır: qəqpik-qəpik gələn devalvasiya – 1.59 manat (FOTOLAR)

“Valyutadəyişmə məntəqələrinin açılmasının əleyhinə deyiləm, amma o yerdə istifadəyə verilməlidir ki, doğrudan da orada valyutanın dəyişməsinə ehtiyac var. Və onların hamısına ciddi nəzarət olmalıdır”.
Bunu musavat.com-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov valyutadəyişmə məntəqələrinin yenidən açılmasına münasibət bildirərkən dedi.
Deputat bildirdi ki, bu ilin əvvəlində valyutadəyişmə məntəqələrinin bağlanmasına səbəb ölkədə baş verən süni bahalaşma oldu: “Valyutadəyişmə məntəqələri o vaxt bağlandı ki, doğrudan da qara bazarda dolların qiyməti kəskin bahalaşdı və Mərkəzi Bank tərəfindən belə bir qərar qəbul edildi. Bu çox düzgün qərar idi. Çünki insanlar bundan süni şəkildə istifadə edirdilər”.
V.Əhmədovun fikrincə valyutadəyişmə məntəqələri yalnız bankların nəzdində fəaliyyət göstərməlidir və bununlada “qara bazar”da dolların bahalaşmasına nəzarət etmək olar: “Bütün dünyada bankların nəzdində, ticarət mərkəzlərində, hava limanlarında, dəmiryolu vağzallarında valyutadəyişmə məntəqələri var. Bu məntəqələr də bankların filialları olaraq fəaliyyət göstərir. Mən valyuta dəyişmə məntəqələrinin açılmasının əleyhinə deyiləm, amma o yerdə açılmalıdır ki, doğrudan da orada valyutanın dəyişməsinə ehtiyac var və onların hamısına ciddi nəzarət olmalıdır. İndi Maliyyə Bazarına Nəzarət Palatası yaradılıb. Və Nəzarət  Palatası bu bazara nəzarət etməlidir. Amma kim istəyirsə hər tində bir valyutadəyişmə məntəqəsi aça bilməz. Bu bütün dünyada belədir. Harada istəsən pul dəyişə bilməzsən”.
Xatırladaq ki, valyutadəyişmə mətəqələrinin lisenziyası Mərkəzi Bank tərəfindən 2016-cı il, yanvarın 13-də ləğv edilib. Səbəb olaraq isə “exchange”lərin süni bahalaşmaya səbəb olması göstərilimişdi.
Ötən ayın əvvəlindən isə valyutadəyişmə məntəqələrinin istifadəsinə yenidən icazə verilib. Bu barədə rəsmi məlumat verilməsə də “exchange”lərdə çalışanların dediyinə görə, onlara qeyri-rəsmi olaraq icazə verilib. Onların sözlərinə görə, bu dəfə valyutadəyişmə məntəqələrinin fəaliyyətinə nəzarət fərqli olacaq. Bu dəfə “exchange”lər də banklar kimi Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnədən yalnız 4 fazilik fərqlə alış-satış edə biləcək.
Onu da əlavə edək ki, son bir həftə ərzində ölkədə dolların kəskin bahalaşması müşahidə olunur. Artıq həftənin sonuncu iş günündə- iyunun 24-də banklar dollar satışını dayandırmışdı. Dollara olan tələbatın kəskin artması ilə“Bank of Baku”, “Zaminbank”, “Kredobank” və s. banklar satışı dayandırıb. Bəzi banklar isə dollar satışını limitlə həyata keçirir. Azərbaycan Mərkəzi Bankının iyunun 24-ə açıqladığı sonunzu məlumata görə, 1 dollar 1.5332 manata bərabərdir.
İyunun 25, 26 və 27-i qeyri-iş günləri olduğundan əsas diqqət dolların “qara bazar” və valyuta dəyişmə məntəqələrindəki qiymətinə yönəlib.
Musavat.com-un əməkdaşının apardığı müşahidə zamanı məlum olub ki, iyunun 25-də dolların satış qiyməti valyutadəyişmə məntəqələrində 1.57 manat olduğu halda, bu gün-iyunun 26-da 1.59 manata təklif olunur.
1 ABŞ dollarının satış qiyməti isə 1.60-1.61 manat arasında dəyişir. Paytaxt Bakıda fəaliyyət göstərən əksər valyutadəyişmə məntəqələri dolların alış qiymətini göstərsə də satış qiymətini göstərmir. Bu zaman isə qiymət razılaşma yolu ilə müəyyənləşdirilir. Belə ki, “exchange” işçiləri müştərilərin istədikləri dolların miqdarına görə qiymət təklif edirlər.
Xatrıladaq ki, ekspertlər “yay devalvasiyası”nın qaçılmaz olduğunu deyir.
İqtisadçı ekspert Natiq cəfərlinin proqnozuna görə, dollar yaxın zamanda 1,60- 1,65 manat səviyyəsinə qədər bahalaşacaq.
Deputat Vahid Əhmədov isə dolların 1.70-1.80 manat səviyyəsinə qədər qalxacağını düşünür.


Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın