Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Dollar bahalaşır, avro ucuzlaşır

Dollar bahalaşır, avro ucuzlaşır

Bu gün dekabrın 16-ı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi artıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 16-ı ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0499 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0083 manat və ya 0,72% ucuzlaşaraq 1,1394 manata düşüb.

Manata nəzərən Rusiya rublunun məzənnəsi artıq üç gündür ki, 0,0149 manat səviyyəsində qərarlaşıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın