Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / DOLLAR 2 MANATA YAXINLAŞIR – “Qara bazar”da dolların alış qiyməti qalxıb

DOLLAR 2 MANATA YAXINLAŞIR – “Qara bazar”da dolların alış qiyməti qalxıb

Axşam saatlarında Bakıda bəzi ərazilərdəki “qara bazar”da dolların bir qədər də qalxdığı bildirilir. “Marja”nın daimi oxucusunun verdiyi məlumata görə, “qara bazar”da dolların alış qiyməti 1.83 manata, satış qiyməti isə 1.8450 manata qalxıb.
Bundan əvvəl “qara bazar”da dolları 1.82 manata satmaq, 1.83 – 1.8350 manata almaq olurdu.
Dolların bahalaşması “qara bazara” qarşı aparılan mübarizə ilə bağlı ola bilər.

Hökumət “qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın