Cümə axşamı , May 23 2019
Ana səhifə / Kriminal / Daşınmaz əmlakla bağlı köhnə gəlirlərdən vergi tutulacaq

Daşınmaz əmlakla bağlı köhnə gəlirlərdən vergi tutulacaq

Azərbaycanda daşınmaz əmlakın satışına görə əldə edilən gəlirlərdən vergi tutulması son 3 ildə satılmış istənilən obyektə şamil edilir. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə Vergilər Nazirliyindən (VN) məlumat verilib. Qurum bəyan edib ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları 2013-cü ildən başlayaraq satılmış istənilən daşınmaz əmlakdan gəlir vergisini ödəməyi tələb etmək hüququna malikdirlər”.
Vergi ödəyicisinin 3 il və daha artıq müddət ərzində daimi yaşayış yeri olan daşınmaz əmlakının satışından əldə edilən gəlir istisna təşkil edir. Belə olan halda vergi ödəyicisi gəlir vergisini ödəməkdən azad edilir.
Bununla da, mövcud qanunvericiliyə əsasən, mənzilini 3 il ərzində (onun alınmasından etibarən) satmaq istəyən şəxs alış və satış arasındakı fərqdən gəlir vergisi ödəməlidir.

Azərbaycanda gəlir vergisi dərəcələri:

Vergi alınan illik gəlirin məbləği Vergi məbləği
30000 manatadək 14%
30000 manatdan çox 4200 manat + 30000 manatdan çox məbləğin 25%-i

Daimi yaşayış yerindən başqa, ikinci və üçüncü mənzilin olduğu halda mənzillərin satışı zamanı gəlir vergisi onların əldə edilməsi müddətindən asılı olmayaraq ödənilir.
Digər tərəfdən, satış obyektinin dəyəri 120 min manatı üstələyərsə (alış-satış haqqında müqaviləyə uyğun olaraq), ƏDV (18%) ödənişi də nəzərdə tutulur. Bu zaman 3 illik güzəşt müddəti tətbiq edilmir.
Kommersiya obyektinə (ofis, mağaza və s.) gəlincə, onların satışı zamanı ƏDV ödənişi, mənfəət vergisi və gəlir vergisi tələb olunur. Əgər onların satıcısı qismində hüquqi şəxs yaradılmadan sahibkarlıq fəaliyyyəti aparan fiziki şəxs çıxış edirsə, gəlir vergisinin məbləği 20% təşkil edir.
Sadələşdirilmiş vergi ödəyiciləri (il ərzində vergi tutulan əməliyyatların aylıq məbləği ən azı 120 min olanlar) qeyri-yaşayış obyektinin satışı zamanı daşınmaz əmlak Bakıda yerləşərsə, 4% məbləğində vergi ödəməli olacaq. Ölkənin digər regionları üçün bu vergi % məbləğində müəyyənləşdirilib.
VN-dən qeyd ediblər ki, satılan obyektin təyinatından asılı olmayaraq, daşınmaz əmlakın sahibi mənfəət əldə etdiyi gündən gec olmayaraq vergi orqanında uçotda durmalı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) əldə etməlidir.
Nazirlikdən bildiriblər: “Vergi həmin daşınmaz əmlakın əldə edildiyi ildən asılı olmayaraq ödənilir. Lakin, məsələn, o, 1995-ci ildə əldə edilibsə və sahibinin satışdan hansı mənfəət əldə edəcəyini müəyyənləşdirmək mümkün deyilsə, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, belə mənfəət Nazirlər Kabinetinin “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na uyğun olaraq hesablanır”.
Azərbaycanda daşınmaz əmlaka görə vergi tutulması 2001-ci ildə tətbiq edilib, lakin VN-də notariat kontorları tərəfindən bağlanılan əqdlər barədə təqdim edilən məlumatlar

Həmçinin oxuyun

Eldar Mahmudovun əmisi oğlu məhkəməyə gəlmədi

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov barəsində olan cinayət işi üzrə …

Bir cavab yazın