Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Çudo peçka”da işləyənlər maaş almır – 6 aydır

“Çudo peçka”da işləyənlər maaş almır – 6 aydır

Binəqədi rayonu, Cəfər Xəndan 36 a küçəsində yerləşən “Çudo peçka” mağazasının işçiləri 6 aydır ki maaş almırlar

Bu barədə mağazada çalışan İmran Rzayev məlumat verib:

“Bizə deyirlər ki pul yoxdur. Hərdənbir 10-20 manat pul verirlər. O pulla ailə dolandırmaq olar? Əlacımız olmadığı üçün işləməyə davam edirik. Problemlə bağlı Binəqədi rayon məhkəməsinə də müraciət etmişik. İşə hazırda məhkəmədə baxılır”.

Məsələ ilə bağlı mağazanın baş ofisi ilə əlaqə saxladıq. Baş ofisdən bildirdilər ki, işə məhkəmədə baxılır. Bu səbəbdən məsələ barəsində məlumat verməkdən imtina etdilər.(qafqazinfo.az)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın