Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Çovdarov: “Həbsdən qabaq istədim özümü öldürəm, amma fikirləşdim ki…”

Çovdarov: “Həbsdən qabaq istədim özümü öldürəm, amma fikirləşdim ki…”

Bu gün Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov son sözlə çıxış edib.

APA-nın yazdığına görə, A.Çovdarov ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, ittihamların qərəzli olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib: ”Həbs olunmamışdan əvvəl özümü öldürmək istədim. Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar”.

“Mənim ölkədə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibət göstərilib. Mən ölkəm üçün, vətənim üçün xidmət aparmışam”- deyə A.Çovdarov əlavə edib.

Məhkəmədə fasilə elan olunub.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …