Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Xocavənddə Sərkisyanı Azərbaycan snayperi yox, Qarabağ ermənisi vurub

Xocavənddə Sərkisyanı Azərbaycan snayperi yox, Qarabağ ermənisi vurub

Ermənistan ordusunun işğalçı birləşmələrinin Azərbaycanın Xocavənd rayonu istiqamətində yerləşən mövqelərindən birində sentyabrın 28-də başından aldığı güllə yarasından ölən hərbi qulluqçu Seyran Sərkisyanla bağlı təfərrüatlar üzə çıxıb.

virtualaz.org sosial şəbəkələrin erməni seqmentinə istinadən xəbər verir ki, Sərkisyanı Azərbaycan ordusunun snayperi yox, Qarabağdan olan erməni hərbi qulluqçu vurub. Yaralı hospitala aparılarkən yolda keçinib.

Xatırladaq ki, sentyabrın 28-də qondarma “dqr müdafiə nazirliyi” əsgər Seyran Sərkisyanın “Azərbaycan mövqelərindən açılan atəşlə vurulduğunu” açıqlayıb, onu ölümündən sonra medalla təltif edib. Lakin əslində məlum olub ki, bu insident erməni ordusunda Qarabağdan olan hərbçilərlə Ermənistandan çağırılanlar arasında vaxtaşırı olaraq baş verən silahlı qarşıdurmalardan biridir. Hadisədən sonra qondarma “dqr müdafiə nazirliyinin” nümayəndələri həmin mövqedə olub, Ermənistan Müdafiə Nazirliyi insidentin əsl səbəbini gizlədərək Sərkisyanın ölümünə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymağa çalışıb.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …