Şənbə , Avqust 24 2019
Ana səhifə / Kriminal / Bu gün “Bank Standard”la bağlı məhkəməyə müraciət ediləcək – PALATADAN AÇIQLAMA

Bu gün “Bank Standard”la bağlı məhkəməyə müraciət ediləcək – PALATADAN AÇIQLAMA

Maliyyə Bazarlarına Nəzarət Palatası “Standart Bank”ın müflisləşmə faktını təsdiq etmək üçün bu gün məhkəməyə müraciət edəcək. Bu barədə fins.az-a Palatanın sədri Rüfət Aslanlı məlumat verib.
Bildirib ki, qanunvericiliyə uyğun olaraq məhkəmə bu müraciətə 48 saat ərzində baxmalıdır. “Təcrübə göstərir ki, məhkəmə orqanları bu sosial xarakterini nəzərə alaraq belə məsələlərə çox həssaslıqla yanaşırlar. Hətta qısa müddətdə təsdiq edirlər”.
R.Aslanlı qeyd edib ki, ən geci 2 həftə ərzində qorunun əmanətlərin kompensasiya edilməsini təmin etmək mümkün olacaq.
Xatırladaq ki, MBNP oktyabrın 1-dən “Standart Bank”ın lisenziyasının ləğv edilməsi ilə bağlı qərar verib. Qərar bu gün qüvvəyə minib.

Həmçinin oxuyun

“Ana, nə olar ölmə!” – Video

Türkiyənin Kırıkkale şəhərində yaşanmış cinayət hadisəsini əks etdirən kadrlar izləyənləri dəhşətə gətirib.  “Qafqazinfo” Türkiyə KİV-nə …

Bir cavab yazın