Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bu dəfə Bakıda yaşayış evi partladı, iki nəfər xəstəxanaya yerləşdirildi

Bu dəfə Bakıda yaşayış evi partladı, iki nəfər xəstəxanaya yerləşdirildi

Bakıda fərdi yaşayış evində partlayış olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Gecə saatlarında 2-ci Alatava qəsəbəsi, 2 saylı evdə qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri İsmayılov Yasər Xanhüseyn oğlu və İsmayılova Zəminə Yusif qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində evin dam örtüyü yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …