Ana səhifə / Aktual / Etibar Əliyev: “Azər Həsrətin jurnalist deyil, elektrik kimi ölkəyə daha çox xeyri dəyərdi”

Etibar Əliyev: “Azər Həsrətin jurnalist deyil, elektrik kimi ölkəyə daha çox xeyri dəyərdi”

Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət haqqında yenidən tənqidi fikirlər səsləndirib.
Dünənki “söz atışması”nın ardından Etibar Əliyev bu dəfə Azər Həsrəti “Dədə Qorqud” libasını geyinmiş “reket jurnalistə” bənzədib.
Moderator.az-ın məlumatına görə, Etibar Əliyev Azər Həsrət haqqında belə deyib:
“Dünən Azər Həsrət mənə cavab verib. Mən onun cavabının yazıları kimi cəfəngiyyat olacağını oxumamışdan bilirdim. Yenə mənasız tərcümüyi-halını yazıb. Energetika Texnikumunu bitirməsindən, Kanadada kurs keçməsindən danışıb. Azər Həsrətin jurnalist olmasındansa, elektrik olmasının ölkəyə daha çox xeyri dəyə bilərdi. Kiməsə işıq çəkər, kiminsə yanmış lampasını dəyişə bilərdi. Kitabxanaçı-biblioqraf işi çətin olduğundan dərhal özünü jurnalistikaya dürtüb. Jurnalistikada fəaliyyəti “reket jurnalist”lərdən qətiyyən fərqlənmir. Yazdığı yazılar, nümayiş etdirdiyi davranış jurnalistikaya üzqaralığıdır. Oturub kiminsə yazısını gözləyir: xoşuna gəlməyən persona olanda “Dədə Qorqud” libasını geyinib düşür ortaya. Mənə qarşı “yazıq” və “bədbəxt” ifadələrini işlədir. Yazıq və bədbəxt adamlar müti, nökər psixologiyalı adamlar olur. Bu keyfiyyətlər Azərin “şəxsiyyət”inin nüvəsini təşkil edir. Özünəvurğunluq bu adamı bədbəxt və gülünc vəziyyətə salıb. Ədəbiyyat tipi kimi Semuel Bekketin Estraqonuna bənzəyir.
P.S.Kəmağıllığın dərcəsinə baxın: müsahibələrinin birində demişdi ki, “elektron poçtu Azərbaycana mən gətirmişəm”. Əlavə şərhə ehtiyac varmı?”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …