Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Kriminal / Biləsuvarda böyük YEYİNTİ

Biləsuvarda böyük YEYİNTİ

Biləsuvar rayonunda büdcə vəsaitlərinin amansızcasına talanması haqqında ilginc məlumatlar yayılıb. Bildirilir ki, rayonun Maliyyə idarəsinin rəisi Eldar Təhməzov dövlət vəsaitlərindən şəxsi büdcəsi kimi istifadə edir. Bütün rayonun “maliyyə vəziyyətinə” nəzarət edən E. Təhməzov dövlət müəssisələrinə ayrılan vəsaitləri istədiyi kimi bölüşdürür, kimə nə qədər çatacağını özü müəyyənləşdirir. Rayondan verilən məlumatlara görə bütün idarə və müəssisə rəhbərləri onun “pay bölgüsünə” dinməzcə boyun əymək zorundadırlar. Əks təqdirdə etiraz edənlər daha sərt cəzalarla üz-üzə qalırlar. Maliyyə rəisinə bu qədər geniş səlahioyyətlər verən isə rayon rəhbərliyidir.

Biləsuvarda yerləşən büdcə təşkilatları Maliyyə idarəsi şefinin əlindən “qan ağlayırlar”. Həmin təşkilatlar büdcədən təyinatı üzrə ayrılan vəsaitləri ala bilmirlər, alanda da yalnız E. Təhməzovun “qıydığı” qədərində almaq mümkündür. Bu isə ayrılan pulların yarısına bərabərdir.

Yerli sakinlərin dediyinə görə, E.Təhməzov yol idarə müdirlərini, məktəb direktorlarını, kommunal idarələrin rəhbərlərini boğaza yığıb. Maliyyə Nazirliyi, Hesablama Palatası və eləcə də Prezident Administrasiyası tərəfindən kiçik bir təftiş aparılsa, maliyyə idarəsində nələr baş verdiyi aydınlaşa bilər.

Bundan əlavə, Biləsuvar Mərkəzi rayon xəstəxanasının əsaslı təmiri işləri davam etdirildiyi qeyd olunur. E.Təhməzovun bu sahə üzrə də maliyyə yeyintisinə yol verdiyi üzə çıxıb. Biləsuvar rayon Mərkəzi xəstəxanasına “İstilik” MMC-dən 70 765 manat məbləğində bərk inventarlar, “Bəyaz 2” MMC-dən isə 77 min manatlıq avadanlıqlar alınıb, xəstəxana binası təmir edilib. İnventar və avadanlıqların alınmasına 140 min manatdan çox büdcə vəsaiti sərf olunduğundan məhsulların həqiqətən alınıb-alınmamağı da izlənilə bilər. Maraqlı olan eyni binanın bir ildə həm cari, həm əsaslı təmir edilməsi, sonra isə onu yenidən qurmaqdır.

Qeyd edək ki, rayon maliyə şöbəsinin müdiri Eldar Təhməzovla xəstəxananın baş həkimi Şamil Cəfərovun birgə səyi nəticəsində “Dələli 17” MMC-yə 19 982,03 manat, əsaslı təmir üçünsə yenə “Dələli 17” MMC -yə 40 438,3 manat ayrılıb. Bu iki təmir işinə ayrılan məbləğ 60 420 manat edir. Bu pulların həqiqətən təmirə xərclənib-xərclənməməsi başqa araşdırmanın mövzusudur. Fakt odur ki, təmir edilmiş hesab olunan obyekt təzədən sökülüb-tökülüb, hər şey yenidən qurulub.

Həmçinin oxuyun

İşdən çıxarılan məktəb direktoru “general”a 10 min rüşvət verib – Təfərrüatlar

70 yaşında məktəb direktoru olmaq istəyən şəxs dələduzluqda üzləşib. Onun 10 min manatını ələ keçiriblər. …

Bir cavab yazın