Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Beynəlxalq Bank özəlləşdirilir – Nazirdən açıqlama

Beynəlxalq Bank özəlləşdirilir – Nazirdən açıqlama

Səhmləri dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək”. 

“ Azinforum.az ” “APA-Economics”ə istinadən xəbər verir ki, bu haqda xəbəri “Reuters” yayıb. Agentlik bildirib ki, bu barədə ABB-nin xarici öhdəliklərinin reztrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, bank ilk növbədə balans göstəricilərini “səhmana salmalıdır”. “Real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABB-də dövlətə məxsus səhmlər 91,3%-ə (Maliyyə Nazirliyi – 76,7%, Aqrarkredit – 14,6%) çatıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın