Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Beynəlxalq Bankın borclu müştərilərinə vaxt veriləcək

Beynəlxalq Bankın borclu müştərilərinə vaxt veriləcək

“Azərbaycan Beynəlxalq Bankı”ının (ABB) problemli aktivlərinin “Aqrar Kredit” bank olmayan kredit təşkilatına (BOKT) verilməsinə artıq başlanıb. Fins.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında BOKT-un İdarə Heyətinin üzvü Süleyman Kələşov bildirib. Onun sözlərinə görə, artıq borclu iş adamları ilə görüşlər keçirilir: “Biz vaxtı keçmiş kreditləri iqtisadi yollarla, əsasən kredit müqaviləsinin müddətinin artırılması yolu ilə geri qaytarmaq istəyirik. Müəyyən iqtisadi çətinliklər ola bilər, buna görə də, həmin sahibkarlara vaxt veriləcək. Amma elə müəssisələr də var ki, onlar faktiki bu gün fəaliyyət göstərmirlər, belələri ilə Daxili İşlər Nazirliyinin müvafiq strukturları məşğul olacaqlar”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın