Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Beş aqrar müəssisə bir MMC-də birləşdi

Beş aqrar müəssisə bir MMC-də birləşdi

Vergilər Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarına uyğun olaraq, Abşeron rayonundakı “Güzdək” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC (VÖEN:3100179811), “S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC (VÖEN: 3100129771), “Qobu” dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC (VÖEN: 3100178201) və “Abşeron rayon meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC (VÖEN: 3100884621) birləşdirilərək onların bazasında Kənd Təsərrüfatı Nazirliyinin “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.

Bununla əlaqədar olaraq, yuxarıda adları qeyd olunan MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış ləğvetmə komissiyasına müraciət etmələri xahiş edilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın