Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Müstəqim Məmmədovla deputat arasında pul davası

Müstəqim Məmmədovla deputat arasında pul davası

Tərtərin icra başçısı əmisi oğlundan seçkiyə xərclədiyi pulları geri istəyir

Tərtərin icra başçısı Müstəqim Məmmədovla deputat İlham Məmmədov arasında pul davası gedir. Bu barədə  rayondakı mənbələr məlumat veriblər.

Məlumata görə, icra başçısı ilə deputat arasındakı pul «razborka»sının tarixi son parlament seçkiləri dövrünə gedib çıxır. Belə ki, 48 saylı Yevlax şəhər Seçki Dairəsindən deputat seçilmiş İlham Məmmədovun bütün seçki kampaniyasının xərcini Müstəqim Məmmədov çəkibmiş.

JAM.AZ-a verilən məlumatda deyilir ki, Tərtərin icra başçısı əmisi oğlu olan deputatdan seçkiyə xərclədiyi pulları geri istəyir. Əmioğlu isə həmin pulu verməkdən imtina edir. Və mübahisə də bu zəmində xeyli böyüyüb. İddialara görə, seçkiyə xərclənən pulun məbləği təqribən 250 min manata yaxındır.

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın