Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Baş nazirin sabiq müşavirinin kürəkəni güllələndi – FOTO-VİDEO

Baş nazirin sabiq müşavirinin kürəkəni güllələndi – FOTO-VİDEO

Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücuma olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı İstanbulda Beykoz ərazisində maşınında atəşə tutulub. Naməlum şəxs tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Əraziyə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.

Hadisəni törədən 2 nəfər türkiyə vaxtı ilə gecə saat 04.00 radələrində tutulub. Onlar cinayəti 1 tapança və 2 ov tüfəngi ilə törədiblər.

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə Çırağan Sarayında evlənib. Azərbaycan Respublikası Prezidentinin Müvəkkili Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

улы.jpg (95 KB)

улы1.jpg (54 KB)

улы2.JPG (87 KB)

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …