Ana səhifə / Kriminal / 22 il həbsdə yatan Nadir Səlifov bu dəfə 20 gün yatdı – kriminal avtoritet sərbəst buraxıldı

22 il həbsdə yatan Nadir Səlifov bu dəfə 20 gün yatdı – kriminal avtoritet sərbəst buraxıldı

Bu ayın 8-də İstanbulda saxlanılmış “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün çıxaırldığı məhkəmədə azadlığa buraxılıb. Qeyd edək ki, onun oktyabrın 9-da azadlığa buraxılması xəbəri yayılmışdı, ancaq təfərrüatlı məlumat almaq mümkün olmamışdı. Həmin vaxt bildirilirdi ki, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir.

Sadəcə, N.Səlifovun hansısa başqa ölkəyə  ekstradisiya edilməsi təhlükəsinin olmadığı bildirilirdi.

İndi məlum olub ki, həmin vaxt onu azad etməyiblər, barəsində araşdırmalar aparmaqda davam ediblər. Bu gün isə sabiq məhkumun azadlığa buraxılması qərara alınıb.

Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlamışdılar və bəzi mətbuat orqanları N.Səlifovun Azərbaycana ekstradisiya ediləcəyini yazmışdı.

Ancaq Musavat.com-a bilgili qaynaqlardan məlum olmuşdu ki, Azərbaycan tərəfinin belə bir tələbi olmayıb, çünki N.Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …