Xəbər verdiyimiz kimi, Mərkəzi Bank son günlər bir sıra bankların məcmu kapitalının yetərli olmadığını əsas gətirərək onların bağlanması barədə qərar verib. Fins.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən 6 özəl bank bu səbəbdən bağlanıb.
Bankların bağlanmasının aktual olduğu bir məqamda ölkədə fəaliyyət göstərən bankların məcmu kapitalının 2015- ci ilin sonuna nə qədər olduğunu araşdırılıb.
Məlum olub ki, “Bank of Baku”nun 2015- ci ilin sonuna olan məcmu kapitalının həcmi 111756.18 manat təşkil edir. “Bank Respublika”- 61.031, “Bank Silk Way”- 103,418.73, “Bank Melli İran”- 51 322 773.55, “Amrahbank”- 53.000000, “Kapital Bank”- 286 802,37, “Nikoil Bank”- 52.305.198, “Paşa Bank”- 360,038.15, “Ata Bank” – 31 mart 2015- ci ilə açıqladığı hesabatda bankın məcmu kapitalı- 61.5 601,0, “Turan Bank”- 55616.11623, “Bank VTB”- 50. 2,“Yapıkredibank Azərbaycan”- 59569.82, “Para Bank” -50 milyon, “Günay Bank”- 62 milyon ,“Deka Bank” – 61948.46558, “Azərkredit Bank” – 49 003.77 təşkil edir.
“Bank Standard”, “Unibank”, “Acsess Bank”, “Express Bank”, “Kredo Bank” , “Muğan Bank”, “Texnika Bank”, “Rabitə Bank” , “Naxçıvan Bank”, “Zamin Bank”, “Bank Avrasiya” isə 2015- ci ilin sonuna olan maliyyə hesabatlarını hələ də açıqlamayıb.
Qeyd edək ki, Mərkəzi Bankın banklar üçün tələbi budur ki, bankların məcmu kapital ehtiyatı 50 milyon manatdan az olmamalıdır.
