2017-ci ilin yanvar ayında Azərbaycan bankları 121,52 milyon dollar satıblar.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi saytında yerləşdirilmiş hesabatda qeyd olunur.
Əvvəlki aylarla nisbətdə dollar satışı 11,7 faiz, 2016-cı ilin yanvar ayı ilə müqayisədə isə 3,2 dəfə azalıb.
2017-ci ilin yanvarında banklar 58,24 milyon dollar alıblar ki, bu göstərici 2016-cı ilin dekabr göstəricisindən 2 dəfə, ötən ilin yanvar göstəricisindən isə 3,8 dəfə azdır.