Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Banka borcu olan insanların kommunal təchizatının dayandırılması özbaşınalıqdır” – EKSPERT

“Banka borcu olan insanların kommunal təchizatının dayandırılması özbaşınalıqdır” – EKSPERT

Son vaxtlar banka borcu olan bəzi vətəndaşların kommunal təchizatının kəsilməsi ilə bağlı ölkə mediasında silsilə məqalələr yer alır.
Maraqlıdır, bank borcu olan şəxslərin işıq, qaz kimi kommunal təchizatının kəsilməsi nə dərəcədə doğrudur? Bu, ölkədəki bank ağalığının heç bir sərhəd tanımadığının isbatı sayıla bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov bunun özbaşınalıqdan başqa bir şey olmadığını vurğuladı:
“Təbii ki, banka borcu olan insanların kommunal təchizatının dayandırılması yolverilməzdir. Bu, özbaşınalıqdır. Əgər belə bir hal varsa, bunu yalnız özbaşınalıq kimi dəyərləndirmək olar. Çünki kiminsə banka borcunun olması onun kommunal təchizatının kəsilməsi üçün əsas sayıla bilməz”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın