Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Bank Respublika”nın 4 filalı bağlandı, – 128 nəfər işçisi ixtisar olundu

“Bank Respublika”nın 4 filalı bağlandı, – 128 nəfər işçisi ixtisar olundu

Bu ilin birinci yarısında “Bank Respublika” ASC işçilərinin 18,4%-ni ixtisar edib.
Bu barədə Gununsesi.info banka istinadən xəbər verir.
Məlumata görə, iyulun 1-nə “Bank Respublika”nın işçilərinin sayı 568 nəfər olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 128 nəfər azdır.
Bankın işçi heyətinin kiçilməsi əsasən onun dörd filialı – “Şəki”, “Göyçay”, “İmişli” və “Şəmkir” filiallarının bağlanması ilə əlaqədardır.
Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın “DEG” investisiya və “Sparkassen International Development Trust” şirkətləri var.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın