Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Rusiyada 55 nəfəri öldürən “Boyarışnik”in – Azərbaycanlı istehsalçısı tapılıb

Rusiyada 55 nəfəri öldürən “Boyarışnik”in – Azərbaycanlı istehsalçısı tapılıb

Rusiyada kütləvi ölümə səbəb olan saxta spritli mayenin hazırlandığı sexlərdən birinin azərbaycanlıya məxsus olduğu məlum olub.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, “Boyarışnik” lasyonunu hazırlayan zavodlardan biri şəhərətrafı ərazidə yerləşir. “Komsomolka” nəşrinin jurnalistləri apardıqları araşdırma zamanı polisin aşkar etdiyi həmin sexlərdən birinin sahibi, Abbasov soyadlı şəxsi tapıb, onunla telefon əlaqəsi saxlayıblar. O, hansı spirtli içkilərdən söhbət getdiyini bilmədiyini və hazırda Azərbaycanda olduğunu deyib. Yeni ildə isə oraya qayıdacağını əlavə edib. Abbasov onu da qeyd edib ki, 8 ildir ki, bulka istehsalı ilə məşğul olur və 4 il əvvəl sexin yerləşdiyi bağ sahəsini alıb.

Xatırladaq k ki, surroqat spirtli mayedən zəhərlənərək ölənlərin sayı 55-ə çatıb, 34 nəfər isə komadadır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın