Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Bakıda torpağın qiyməti ucuzlaşdı – VİDEO

Bakıda torpağın qiyməti ucuzlaşdı – VİDEO

Tikinti sektorunda baş verən durğunluq torpaq qiymətlərinə də təsirsiz ötüşməyib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il Bakıda torpaq qiymətləri ucuzlaşıb. Ucuzlaşma əsasən Bakıətrafı ərazilərdə qeydə alınıb.

Şəhərin mərkəzi hissələrində yerləşən torpaq sahələrində də cuzi ucuzlaşma olsa da, tələb yüksək olduğundan bu, çox az hiss olunur. Ətraf ərazilərdə isə torpaqın hər sotuna görə 2-4 min manata qədər ucuzlaşma müşahidə olunur.

Torpaq qiymətinin ucuzlaşmasının əsas səbəbi kimi fərdi tikintilərin kəskin azalması və ümumilikdə, tikinti sektorundakı durğunluq göstərilir.

Qiymətlərin azalmasına baxmayaraq, son dövrlər torpaq alqı-satqısında kəskin azalma müşahidə edilir. Hökumət tərəfindən atılan qabaqlayıcı tədbirlərin uğurlu alınacağı və tikinti sektorunda canlanmanın yaşanacağı təqdirdə torpaq qiymətlərinin yenidən artacağı gözlənilir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın