Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Bakıda tanınmış Türkiyə şirkətindən külli miqdarda oğurluq edildi

Bakıda tanınmış Türkiyə şirkətindən külli miqdarda oğurluq edildi

Bakıda şirkətdən külli miqdarda oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti ev 1, mənzil 46-da baş verib.

Həmin ünvanda fəaliyyət göstərən “İnterpazarlama” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru İsmayıl Bülbül polisə müraciət edərək bildirib ki, Lənkəran rayonu, Göyşaban kənd sakini, MMC-nin cənub bölgəsi üzrə satış təmsilçisi işləmiş Cavadov Elvin Əlişan oğlu şirkətin 72 min 922 manatını qanunsuz olaraq ələ keçirib.

Faktla bağlı cinayət işi başlanıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …